top of page

"Qəbələ"nin baş məşqçisi: "Rəqib bizə çətin anlar yaşatdı"

"Oyunun çətin keçəcəyini bilirdik. 1/8 final bir oyundan ibarətdir. Komandanı kökləmişdik ki, bizi ağır və çətin səfər gözləyir. Sevindirici haldır ki, neçə il sonra Tovuzda oynadıq".

90plus.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.


41 yaşlı mütəxəssis bildirib ki, Tovuz komandası onlara çətin anlar yaşadıb: "Çətin qələbə qazandığımızı deyərdim. Paltardəyişmə otağında futbolçuların üzünə baxanda yorğun olduqları hiss olunurdu. "Turan Tovuz" futbolçuları çox qaçırdı və hərəkətli rəqibə qarşı oynadıq. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, "Turan Tovuz" yüksək liqada çıxış etsin".

Qeyd edək ki, "Qəbələ" 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaq. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə Qəbələ şəhər stadionunda olacaq.



0 comments

Recent Posts

See All
bottom of page