top of page

"Qəbələ" Çexiya klubu ilə üz-üzə gəlib


Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ bu gün son yoxlama matçına çıxıb. 90plus xəbər verir ki, Elmar Baxşıyevin komandası Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Qəbələ"nin qolunu İsnik Alimi vurub. “Bohemians” yüksək liqada 16 komanda arasında 18 xalla 12-ci pillədə qərarlaşıb. Qeyd edək ki, "Qəbələ" bunadək Polşa “Zaqlembe”sinə uduzub (1:2), Şimali Makedoniya “Boreç”inə qalib gəlib (1:0).

0 comments
bottom of page