top of page

Rövşən Nəcəf “Xəzər Lənkəran”la bağlı suala cavab verib


Bu gün AFFA-nın prezidenti seçilən Rövşən Nəcəf "Xəzər Lənkəran"la bağlı sualı cavablandırıb.


90plus.az jurnalistin sualını və qurum rəhbərinin cavabını olduğu kimi təqdim edir:


Jurnalist: "Xəzər Lənkəran" cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?"


Rövşən Nəcəf: "Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir. Bu, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İcraiyyə Komitəsinin səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil".

0 comments

Comments


bottom of page