top of page

Rüfət Dadaşov Almaniyada qol vurdu! VİDEO


Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu.


90plus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.


Paytaxt təmsilçisi çempionatın 10-cu turunda “Lukkenvalde” ilə qarşılaşıb.


“Dinamo” doğma meydanda baş tutan bu matçdan qələbə ilə ayrılıb – 4:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da Rüfət vurub. O, 45+2-ci dəqiqədə fərqlənib.


"Dinamo” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.


Qolu linkdən izləyə bilərsiniz:


0 comments

Recent Posts

See All

Comments


bottom of page