top of page

Rəşad Sadıqov: “Qurban müəllim bu gün elementar votsapda hekayəni necə qoyursan, bilmir”


 “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dostu və həmkarı bir vaxtlar baş məşqçisi olan Qurban Qurbanov haqda maraqlı açıqlamalar verib.


90plus.az xəbər verir ki, Sadıqov "Zarafat Bir Yana” verilişində Qurbanovun nəticələrini əlçatmaz adlandırıb:


"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər”.


“Qarabağ” 10 nəfərlə “Braqa”ya iki qol vurursa, bu Azərbaycan standartlarına uyğun olmayan nəticələrdir. Mən inanmıram ki, bunu “Qalatasaray” edər, “Beşiktaş” edər. 

İşə o qədər vaxt ayırır ki, bazaya birinci gəlir, axırıncı gedir. Nə vaxt bu adamı yığırsan rəqibə baxır. Qurban müəllim bu gün elementar votsapda hekayəni necə qoyursan, ona necə baxırsan, onu da bilmir. Adam instaqram nədir, onu da bilmir. Özünü işə o qədər fəda edib ki, bu gün onun yolunu getmək, onun kimi olmaq, məşqçi kimi qeyri-mümkündür”.

0 comments

Comments


bottom of page