top of page

Radik İsayev karyerası ilə bağlı qərar verib


Azərbaycanın titullu taekvondoçusu Radik İsayev karyerası ilə bağlı qərar qəbul edib. 90plus.az "Report"a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü məlumat verib. Dağıstan əsilli taekvondoçu yenə Azərbaycanı təmsil edəcəyini bildirib: "Yeni zirvələr fəth etmək üçün Bakıya gəlirəm". Gələn aydan təlim-məşq toplanışlarına qatılacağını söyləyən İsayev bu qərarı çətinlik çəkmədən qəbul etdiyini açıqlayıb: "Xüsusi çətinliyim yox idi. Sadəcə, qərar verməli idim: Davam, yoxsa tamam. Yanvarın 7-də Bakıya gələrək, məşqlərə qatılacağam. Yenidən yüksək nəticələr göstərmək? Hər şey mümkündür. Çalışacağıq". Qeyd edək ki, Radik İsayev Rio-2016 Yay Olimpiya Oyunlarında, Bakı-2015 I Avropa Oyunlarında və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dan yuxarı, 2013 və 2015-ci il dünya çempionatlarında 87 kq, 2014-cü il Avropa çempionatında 87 kq, 2018-ci ilin qitə çempionatında isə 87 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

0 comments
bottom of page