top of page

Rafael Ağayevdən növbəti qələbə


Azərbaycanlı karateçi Rafael Ağayev peşəkarlar arasında "Karate Combat"da növbəti döyüşünü keçirib. 90plus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançının 3-cü sınağı ABŞ-ın Orlando şəhərində keçirilib. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə qarşılaşıb. R.Ağayev hakimlərin qərarı ilə qalib gəlib. Xatırladaq ki, R.Ağayev "Karate Combat"da bundan əvvəlki döyüşlərində Dionisio Qustavo (Dominikan) və Jolt Habdaya (Macarıstan) qalib gəlib.

0 comments
bottom of page