top of page

Ralli yarışında 15 yaşlı pilot öldü!


Yeni Zelandiyada keçirilən ralli sprint yarışında 15 yaşlı sürücü Bruklin Horan və onun şturmanı Tayson Cammet həlak olub.


90plus.az xəbər verir ki, bu məlumatı Yeni Zelandiya Motor İdmanı Federasiyasının Media Xidməti yayıb.

Onların avtomobili yoldan çıxaraq çaya düşüb.


Qeyd: Yeni Zelandiyalı yeniyetmələr 16 yaşına qədər sürücülük vəsiqəsi ala bilməsələr də, müəyyən şərtlər altında qapalı yollarda avtoidmanda yarışa bilərlər.

0 comments
bottom of page