top of page

Ramil Şeydayevin Türkiyə Superliqasında oynayacağı dəqiqləşdi!


“Kocaelispor”un prezidenti Engin Akgün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferini təsdiqləyib.


90plus.az xəbər verir ki, bu barədə o, "Radyospor”a açıqlama verib:


“Ramil Şeydayevlə razılığa gəldik. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək və sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.


Ramil Şeydayevin "Kocaelispor"da qazanacağı maaş isə 2023/24 mövsmünün qalan hissəsi üçün 300 min avro, növbəti mövsümdə 550 min avro olacaq


Qeyd: “Kocaelispor” Türkiyə 1-ci liqasında 17 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Xatırlatma: R.Şeydayev "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.

0 comments

Comments


bottom of page