top of page

“Ramil qol vəziyyətləri yaratmadı” “Kocaelispor”un prezidenti


Türkiyə 1-ci liqasında çıxış edən “Kocaelispor”un prezidenti Rəcəb Durul son turda “Bodrumspor”a məğlubiyyətdən (0:3) sonra komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin oyunu haqda danışıb.


90plus.az xəbər verir ki, klub rəhbəri Ramilin çıxışından narazı qaldığını deyib:


Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz etdik. Tam fərqli futbol nümayiş etdirən rəqibin oyununu yaxşı öyrənə bilmədik. Onlar bizdən daha çox qələbə istəyirdilər. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi. Əmirin libero, Ramilin isə hücumun önündə çıxış etməsi oyunumuzu zəiflətdi. Ramil kifayət qədər qol vəziyyətləri yaratmadı. Bu baxımdan o qədər də faydalı olmadı”.

Qeyd: Ramil Şeydayev “Bodrumspor”la görüşün start heyətində meydana çıxıb və ilk hissənin sonlarında əvəzlənib. 


Mənbə: En Kocaeli

0 comments
bottom of page