top of page

Ramil Şeydayev penalti fürsətini boşa verdi!


UEFA Konfran Liqasının pley-off mərhələsində hazırda "Gent"lə qarşılaşan "Qarabağ" penaltidən yararlana bilməyib.


90plus.az xəbər verir ki, Musa Qurbanlının qapıya zərbəsindən sonra top rəqib futbolçusu Jordan Torunariqanın əlinə dəyib.


VAR-a baxıldıqdan sonra matçın baş hakimi "Gent"in qapısına penalti zərbəsi təyin edib. Ramil Şeydayev görüşün 52-ci dəqiqəsində penaltini qola çevirə bilməyib. "Gent"in qapıçısı Deyvi Rof topu tutub.


Qeyd edək ki, hazırda davam edən oyunda hesab 1-0 "Qarabağ"ın xeyrinədir!

0 comments
bottom of page