top of page

Ramil Şeydayevin komandası qalib gəldi, Ramil məhsuldar ötürmə etdi! VİDEO


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 5-ci turun oyununa çıxıb.


90plus.az xəbər verir ki, komanda səfərdə "Polis Tero" ilə qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının vurduğu 2-ci qolun ötürməsini verib.


"Polis Tero" - "Buriram Yunayted" - 1:2


Qollar: Doumbouya, 21 (0:1), 57 (0:2), Honey, 86 (1:2)

Bu, Şeydayevin Tailand Liqasında bu mövsüm 3-cü qol ötürməsidir.

"Buriram Yunayted" hazırda turnir cədvəlində 13 xalla 1-ci pillədə qərarlaşıb.


0 comments
bottom of page