top of page

”Real”ın çalışdırıcısı: “Jirona ilə matç nəyisə həll etmir”


Lider "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 2-ci pilləsinsəki "Jirona"ya qarşı matç barədə fikir bildirib.


90plus.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bu görüşün çempionluğun taleyini həll etməyəcəyini vurğulayıb:


“Sabah kim qalib gəlsə, üstünlük qazanacaq. Amma hələ mövsümün sonuna qədər çox vaxt var. Hər iki klub yaxşı vəziyyətdədir və bu matçın nəyisə həll edəcəyini düşünmürəm. Ən əsası odur ki, iki komandadan biri digərləri üzərində üstünlük qazana bilsin. Sabah heç nəyə qərar verilməyəcək. Bu, daha sonra olacaq”.


Hazırda İspaniya çempionatının turnir cədvəlinə 58 xalla "Real" liderlik edir. “Jirona” 56 xalla 2-ci pillədə qərarlaşır. Bu komandalar arasında matç bu gün 21:30-da başlayacaq.

0 comments

Comments


bottom of page