"Real"ın futbolçusu Eden Hazard Madrid təmsilçisindən ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında "kral klubu"nda oynamaqdan məmnun olduğunu deyib:
"Real"da özümü xoşbəxt hiss etmədiyim doğru deyil. Klubda çox xoşbəxtəm. Artıq bilirsiniz ki, futbolçu oynayanda və qol vuranda sevincli olur. İndiyədək o qədər də meydana çıxmırdım və tez -tez qol vurmurdum. Amma bu, kluba olan sevgimə təsir etmir".
Qeyd edək ki, Hazard 2019-cu ildən "Real"da çıxış edir.