top of page

“Real Madrid” Alfonso Deyvisi istəyir

Almaniyanın "Bayern Münhen" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.


90plus.az AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.


Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.


Qeyd edək ki, 2018-ci ildən "Bayern Münhen"in formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments

Recent Posts

See All
bottom of page