top of page

“Real Madrid”in qolunu saymayan hakim uzaqlaşdırıldı!


İspaniya La Liqasının 27-ci turunda "Real Madrid" - "Valensiya" matçının baş hakimi Xesus Gil Manzano müvəqqəti olaraq hakimlikdən uzaqlaşdırılıb.


90plus.az "All Football"a istinadən xəbər verir ki, buna səbəb hakimin sözügedən görüşdəki qərarları olub. O, 90+9-cu dəqiqədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib. 


Bundan sonra “Real”ın futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib.

"Real" məsələ ilə əlaqədar etirazını bildirib. VİDEO


La Liqa rəhbərliyi Manzanonu müvəqqəti olaraq işindən kənarlaşdırıb. Cəzanın müddəti hələlik qeyd olunmayıb.


0 comments

Comentarios


bottom of page