top of page

"REAL MADRİD"DƏ DAHA BİR TÜRK OYUNÇU


“Real Madrid "Trabzonspor"un gənc qapıçısı Onuralp Çevikkanla maraqlanır.


90plus.az xəbər verir ki, İspaniya nəhəngi 18 yaşlı futbolçu üçün 10 milyon avroluq təklif göndərib.


Bordo-mavili komanda ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər davam edən Onuralp Çevikkan hər  mövsümü üçün 300 min TL qazanır.


Qeyd: U18 Milli Komandasında göstərdiyi performansı ilə yadda qalan Onuralp Çevikkan İspaniya ilə 1-1 bitən matçda xüsusilə seyvləri ilə “Real Madrid”in diqqətini çəkib.


Mənbə: Sport.fr; Defensa Central və Sabah

0 comments
bottom of page