top of page

”Real” son dəqiqələrdə əzəli rəqibini məyus etdi!


İspaniya La Liqasının 32-ci turu çərçivəsində lider “Real Madrid” “El Klassiko” oyununda əlavə olunmuş dəqiqələrdə vurduğu qolla əzəli rəqibi “Barselona”ya qalib gəldi.


90plus.az xəbər verir ki, sona 6 tur qalmış “Kral klubu” 2-ci pillədəki rəqibi ilə xal fərqini 11-ə yüksəltdi.


Real Madrid 3 - 2 Barselona

A. Christensen 6'

Vinicius Junior 18’

Fermin 69’

Lucas Vázquez 73'

J. Bellingham 90+1'


Qollar:

 “Barselona” klubunun 2-ci qolu hesaba alınmır, topun xətti tam keçmədiyi bildirildi.FOTO + VİDEO


Hazırda “El Klassiko”da ən çox qol vuran oyunçular:


Vinisius — 7 qol

Valverde — 3 qol

Bellinqem — 3 qol

Rodriqo — 2 qol

Levandovski — 2 qol

Ferran — 2 qol

Lukas — 2 qol. FOTO


Oyundan öncə…

Müxbir: “Rodriqo ardıcıl 3 oyun keçirdi. "Barselona" ilə oyunda ona istirahət verəcəksiniz?"


Karlo Ançelotti: “Bəli. O, axşam saat 9-a qədər (“El Klasiko”nun başlama vaxtı) dincələ bilər”.


 “Real Madrid”in oyunçusu Antonio Rüdiger “Bernabeu”ya daxil olmazdan əvvəl polisi qorxutmağa çalışıb. VİDEO


Oyundan əvvəl Santiago Bernabeu stadionu. VİDEO


La Liqa rəhbərliyi ötən mövsümlərdə olan "Qol xətti" texnologiyasını bu mövsüm tətbiq etməyib, çünki onlar mövsüm əvvəlində bu texnologiya üçün tələb olunan sadəcə 3 milyon avroluq məbləği ödəmək istəmədilər. FOTO

Canal + Premium, Relevo:

Top qapı xəttini tamamilə keçməyib.FOTO

 “Barselona”nın qapıçısı Ter Ştegen:

“La Liqada qol xətti texnologiyasının olmaması futbol üçün utancvericidir. Burada çoxlu pul var, amma vacib işlərə sərf olunmur”.

Mənbə: Fabrizio Romano


beİN Sports kanalı mübahisəli epizodun video təsvirini yayımladı. Qol deyil! VİDEO


”El Klassiko”nu şərh edən İlqar Mikayıloğludan incilər:

“Camaat 16 yaşında hazırlığa gedir, universitetə girmək istəyir. Lamine Yamal Barsada oynayır. Uşaqda fərasətə bax” FOTO

Cud Bellinqem qoldan sonra. VİDEO

Cud Bellinqemin qol sevinci…

Kimisə xatırlatdı elə bil…FOTO

”Real Madrid”in ulduzları Lukas Vaskes və Cud Bellinqemdən “Barselona”ya vurulan qələbə qolundan sonra Tom & Cerri rəqsi ediblər.FOTO


La Liqa tərəfindən isə "Oyunun ən yaxşısı" mükafatını Lamin Yamal qazandı. FOTO


 “Real Madrid“ klubu son 88 ildə ilk dəfədir ki, “Barselona” klubuna bir mövsümdə ardıcıl 3 dəfə qalib gəldi. FOTO


Qeyd: Bu komandalar arasında İspaniya Superkuboku çərçivəsində keçirilən son oyunda da Madrid təmsilçisi 4:1 hesablı qələbə qazanmışdı.


Xatirələr… "El Clasico" 2011/2012- ci illər… FOTO


0 comments

Recent Posts

See All

Komentar


bottom of page