top of page

“Real”ın müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq

"Real"ın futbolçusu Ferland Mendi yenidən zədələnib.


90plus.az "Marca"ya istinadən xəbər verir ki, fransalı müdafiəçinin ayaq əzələsində problem aşkarlanıb. Onun 1 ay meydana çıxa bilməyəcəyi qeyd olunub.


Bu ilin yanvarında Mendiyə sol ayağının yarımmembranoz əzələsinin zədələnməsi diaqnozu qoyulmuşdu. Futbolçu buna görə 12 matçı buraxıb. Bundan sonra o zədəsini sağaldıb və La Liqada "Barselona"ya qarşı oyunda (1:2) iştirak edib.

0 comments
bottom of page