top of page

"Real"ın pişiklər kimi 9 canı var"


UEFA prezidenti Aleksandr Çeferin "Real"ın Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"ni geridə qoyaraq (ilk oyun 3:4, cavab matçı 3:1) finala adlaması barədə danışıb. 90plus.az xəbər verir ki, o, Madrid təmsilçisinin İngiltərə klubunu üstələyəcəyini gözləmədiyini deyib: “Hətta yarımfinalda mən “Real”ın “Mançester Siti”ni udacağına şübhə edirdim. Xüsusən də ilk oyundakı məğlubiyyətdən sonra. Ancaq "Real"ın pişiklər kimi 9 canı var. "Real" təcrübəli komandadır, amma məncə, müdafiədə problemlər var. Bununla belə, onların sehrli Kərim Benzeması var". Qeyd edək ki, "Real" mayın 28-i finalda "Liverpul"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

0 comments
bottom of page