top of page

"Real"ın uğurlu seriyasına son qoyuldu

İspaniya La Liqasının 19-cu  turunda “Real Sosyedad”la qolsuz bərabərə qalan “Real”ın uğurlu seriyasına son qoyulub.


90plus.az xəbər verir ki, Madrid təmsilçisi bu mövsüm ilk dəfə meydanı qolsuz tərk edib.


Karlo Ançelottinin komandası buna qədər bütün turnirlərdə keçirdiyi 29 qarşılaşmanın hamısında ən azı bir qol vurmağı bacarıb.

Qeyd edək ki, “Real” hazırda 42 xalla La Liqada ikinci pillədə yer alıb. Lider “Barselona”nın isə aktivində 47 xal var.



0 comments
bottom of page