top of page

Renat Dadaşovlu “Hatayspor”heç-heçə etdi


Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti oyununu keçirib.


90plus.az xəbər verir ki, Volkan Dəmirəlin baş məşqçi olduğu komanda Superliqanın VII turunda "Sivasspor"un qonağı olub.


Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Dadaşov 59-cu dəqiqədə Karlos Strandbergin əvəzinə meydana daxil olub.


Qeyd edək ki, "Hatayspor" hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.

0 comments
bottom of page