top of page

Renduliç: “Komanda sayının az olması yaxşıdır”


Misli Premyer Liqasının 32-ci turunda açılış oyunu olan “Sabah - Səbail” (2:0) oyunundan sonra mətbuat konfransında hər iki baş məşqçi sualları cavablandırıb.


90plus.az onların fikirlərini təqdim edir:


Şahin Diniyev (“Səbail”): “Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım. Qarşıda 12 xal var. Mübarizədən qopsaq, belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil”


Krunoslav Renduliç (“Sabah”): “Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir. Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düşünəcəyik”

“Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri həll edə bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik”.


Premyer Liqada komanda sayının artması barədə:

“Mənim fikrimcə say artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır”.



0 comments
bottom of page