top of page

Riberi Almaniyaya qayıda bilər


İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi Almaniyaya qayıtmaq arzusundadır.

90plus.az xəbər verir ki, həmin ölkədə uzun illər “Bavariya”nın formasını geyinmiş fransalı yarımmüdafiəçi yenidən Bundesliqada oynamaq arzusunda olduğunu etiraf edib.

37 yaşlı oyunçu hələ karyerasını bitirməyi planlaşdırmır: “Hazırda yalnız “Fiorentina” barədə düşünürəm, çünki komanda üçün vacib oyunçuyam. Bundan başqa, İtaliyadakı işlərimi bitirdikdən sonra Bundesliqaya qayıdacağımı istisna etmirəm”.

Qeyd edək ki, Riberi cari mövsüm 16 oyunda 4 məhsuldar ötürmə verib. O, 2007-2019-cu illərdə “Bavariya”nın formasını geyinib.

bottom of page