top of page

Rodri: “Yeganə şanslarından istifadə etdilər”


“Man Siti”nin oyunçusu Rodri “Real Madrid”ə penalti seriyasında məğlub olduqları və Çempionlar Liqasında mübarizəni dayandırdıqları matç haqda danışıb.


90plus.az xəbər verir ki, komandasının qələbəyə layiq olduğunu deyir:


“Düzünü desəm, bu gün meydanda yalnız bir komanda var idi. Biz "Real Madrid"in bu qədər geri qalacağını gözləmirdik. Bunu təhlil etmək çətindir. Bu, futboldur. Daha diqqətli olsaydıq, qalib gələrdik. Fikrimcə, qələbəyə layiq biz idik. İzahat tapmağa çalışmaq daha pisdir. Yeganə şanslarından istifadə etdilər. Futbolda ləyaqət tələb olunmur, önəmli olan topu tora göndərməkdir. Biz penalti seriyasının onlara daha uyğun olduğunu hiss etdik. Penaltilərdə şans həmişəki kimi Madridin tərəfində idi. İndi biz oğlanları ayağa qaldırmalıyıq, hələ mübarizə aparacaq işlərimiz var və Madridi təbrik etməliyik”.


Qeyd: 120 dəqiqənin çox hissəsi “Man Siti”nin nəzarəti altında keçən matçda meydan sahibləri 67% topa sahib olub və “Real Madrid”in səkkiz zərbəsinə “Siti” 33 zərbə ilə qarşılıq verib.


Mənbə: BBC və Movistar+

0 comments

Recent Posts

See All
bottom of page