top of page

“Roma” azarkeşləri “Leverkuzen” oyunçusunun ailəsini təhdid edir


”Roma” azarkeşləri Almaniyanın “Bayer Leverkuzen” klubunun futbolçusunun ailəsinə ölüm təhdidi ilə dolu mesajlar göndəriblər.


90plus.az xəbər verir ki, Almaniya millisinin və “Bayer”in futbolçusu Robert Andrixin həyat yoldaşı sosial şəbəkələrdən ölüm təhdidi ilə bağlı mesajlar yazıldığını bildirib.


Robert Andrix bunun etik olmadığını və ailəsinə gələn mesajlara görə narahat olduğunu bildirib. Klub rəsmiləri isə futbolçunun ailəsini qorumaq üçün  polisə müraicət ediblər.


Qeyd: 2 mayda baş tutan “Roma” - “Bayer” görüşü qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

0 comments
bottom of page