top of page

"Roma"dan inamlı qələbə

İtaliya A Seriyasının 21-ci turunda “Roma” öz meydanında “Empoli” ilə qarşılaşıb.


90plus.az xəbər verir ki, “Stadio Olimpiko”dakeçirilən görüşdə "Roma" 2:0 hesabı ilə qalib gəlib.


Meydan sahiblərinə qələbə qazandıran qolları 2-ci dəqiqədə Rocer İbanez və 6-cı dəqiqədə Tammi Abraham vurub.


Qeyd edək ki, bu nəticədən sonra "Roma" xalını 40-a çatdırıb. "Empoli"nin isə 26 xalı var.


Liqanın növbəti həftəsində “Roma” “Leççe”ni qəbul edəcək. "Empoli" öz meydanında "Speziya" ilə qarşılaşacaq.



0 comments
bottom of page