top of page

“Roma”nın oyunu yarımçıq dayandı, “Milan” və “İnter” xal itirdi!


İtaliya A Seriyasının 32-ci turunda “İnter” öz evində xal itirib.


90plus.az xəbər verir ki, “Milan”dan sonra “İnter” də xal itirir və lider “İnter” ilə 2-ci pillədəki “Milan” arasındakı 14 xallıq fərq olduğu kimi qalır.

“İnter” növbəti turda qarşılaşacağı “Milan”a qalib gələcəyi təqdirdə, sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirəcək:


İnter 2 - 2 Kalyari

M. Thuram 12'

E. Shomurodov 64'

H. Çalhanoğlu 74' (P)

Nicolas Viola 82'


Qollar


Günün daha bir oyunu yarımçıq dayandırılıb:


Udineze 1 - 1 Roma

Oyun yarıda dayandı!


 “Roma”nın müdafiəçisi Evan Ndicka “Udineze” ilə oyunun ikinci hissəsində huşunu itirib.


Kot d'İvuarlı futbolçu xərəkdə meydandan çıxarılıb və yalnız defibrilyatorun köməyi ilə özünə gəlib. Matç bu səbəblə təxirə salınıb. Bu da həmin anlar… VİDEO


Ndickanın vəziyyəti hazırda yaxşıdır. FOTO


Daha bir oyun da bərabər bitib:


Sassuolo 3-3 Milan

Pinamonti 4'

Armand 10' 53'

Leao 20'

Jovic 60'

Okafor 84'


Qollar


Bu gün İtaliya A Seriyasının 32-ci turunda bərabər bitən daha bir görüş:


Napoli 2-2 Frozinone

Matteo 16'

Valid 50' 73'

Osimhen 63'


Qollar

Qeyd: 32 turdan sonra "Napoli" 8-ci yerdədir. “Frozinone" 17-cidir. “Sassuolo” 19-cu, “Milan” 2-cidir. “Udineze” 15-ci, “Roma” 5-cidir. “İnter” lider, “Kalyari” 14-cüdür.


0 comments

コメント


bottom of page