top of page

Romelu Lukaku: Avro-2024-də seçmə mərhələnin bombardiridir!


Belçika millisinin futbolçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı bombardiri olub.


90plus.az xəbər verir ki, 30 yaşlı hücumçu meydana çıxdığı 8 matçda 14 qol vuraraq bunu bacarıb. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 10 qolla 2-ci, Fransa millisinin forvardı Kilian Mbappe 9 xalla 3-cü olub.

Avropa çempionatının final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək. Püşkatma isə dekabrın 2-də baş tutacaq.


Qeyd edək ki, Lukaku Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı matçda 4 qol vurub.

0 comments
bottom of page