top of page

Ronald Kuman millinin baş məşqçisi oldu


"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Niderland millisinə rəhbərlik edəcək. 90plus.az Niderland Kral Futbol Federasiyasının (KNVB) rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb. O, Qətərdə keçiriləcək dünya çempionatından sonra komandaya rəhbərlik edəcək və Lui Van Qalı əvəzləyəcək. Qeyd edək ki, 2021-ci ildən yığmaya rəhbərlik edən Lui Van Qal xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

0 comments
bottom of page