top of page

Ronaldo balıqçı olacağını düşünmüş...

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 35 illik yubileyi münasibəti ilə "A Bola" nəşrinə müsahibə verib.

90plus.az xəbər verir ki, o, müsahibə zamanı bildirib ki, uşaq vaxtı 35 yaşında balıqçı olacağını düşünüb:

"Uşaq vaxtı düşünürdüm ki, 35 yaşım olanda Madeyrada balıq tutacağam. Belə yerlərdə oynayıb, bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi".

Portuqaliyalı hücumçu altıncı Çempionlar Liqasını qazanmaq imkanın da olduğu söyləyib: "Yuventus"da bunu edə bilərəm. Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik".

0 comments
bottom of page