top of page

Ronaldo bu iki klubdan birinə keçmək istəyir!



Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.

"90plus" AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu üçün prioritet variantlar İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubudur.

Ancaq transfer Paris təmsilçisinin Kilian Mbappeni "kral klubu"na satıb-satmayacağından asılıdır. İspaniya nəhəngi Mbappeni ala bilməsə, hücum xəttini Ronaldu ilə gücləndirmək ehtimalını nəzərdən keçirəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

0 comments
bottom of page