top of page

Ronaldo karyerasını iki ölkədə davam etdirə bilər

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını iki ölkədə davam etdirə bilər.


90plus.az xəbər verir ki, bu barədə “Marca” nəşri mənbəsinə istinadən məlumat yayıb.


Qeyd olunub ki, hücumçunu İngiltərənin “Nyukasl” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubları transfer etməyi düşünür.


Maraqlıdır ki, hər iki klubun sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.


Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" komandası Kriştiano Ronaldo ilə müqaviləni pozub.

0 comments
bottom of page