top of page

Ronaldu epizodla bağlı açıqlama verdi

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Serbiya ilə DÇ-2022-nin seçmə matçındakı (2:2) qalmaqallı epizodla bağlı açıqlama yayıb.

90plus.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində yazıb: "Portuqaliya millisinin kapitanı olmaq mənim həyatımdakı böyük qürurlardan biridir. Mən öz ölkəm üçün həmişə əlimdən gələni edirəm və bu, heç vaxt dəyişməyəcək. Amma bəzən bütün millətin əziyyət çəkdiyi məqamlar olur. Başınızı qaldırın və yeni çağırışları elə indi qəbul edin. Haydı, Portiqaliya!".

Qeyd edək ki, Serbiya ilə görüşün 90+3-cü dəqiqəsində, hesab 2:2 olanda Ronaldunun təmiz qolu qeydə alınmayıb. Futbolçu hakimin bu qərarına etiraz edib, final fiti səslənmədən meydandan çıxıb. Bu zaman o, qolundakı kapitan sarğısını hirsindən yerə çırpıb.

0 comments
bottom of page