top of page

Rus tennisçi dopinqə görə ağır cəza aldı!


Rusiyalı tennisçi Vladislav İvanov antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.


90plus.az TASS-a istinadən xəbər verir ki, buna 24 yaşlı idmançının dopinq testindən imtina etməsi səbəb olub.

O, 2022-ci ilin sentyabrında Beynəlxalq Tennis Federasiyasının Mərakeşdə keçirilən turnirində sidik nümunəsi verməkdən imtina edib və yarış yerindən uzaqlaşıb.

İvanov daha sonra geri qayıtsa da, qaydaları pozmaqda ittiham olunub. Tennisçi 2027-ci il dekabrın 20-dək idmandan kənarlaşdırılıb.

Son olaraq rusiyalı Darya Mişina, Yelizaveta Dyomina müvafiq olaraq testosteron və meldonium istifadəsinə görə üç illik cəza alıb.

İvanov kimi, İvan Mixaylyuk da testdən yayındığı üçün 4 il müddətinə diskvalifikasiya edilib.

0 comments
bottom of page