top of page

Rusiya Kubanı darmadağın etdi!


Bu gün Rusiya milli komandası Kuba yığması ilə yoldaşlıq oyununda 8:0 hesabı ilə qalib gəlib.


90plus.az xəbər verir ki, Volqoqraddakı “Volqoqrad Arena”da keçirilən matçın ilk hissəsində Valeri Karpinin komandasının heyətində İvan Oblyakov, Aleksandr Qolovin və Anton Mirançuk fərqlənib. İkinci hissədə Aleksandr Silyanov, Aleksandr Sobolev, Danil Prutsev, Nikita Krivtsov və Andrey Mostovoy qola imza atıb.


85-ci dəqiqədə Sergey Pinyaev penaltini yerinə yetirə bilməyib.


Bu, Rusiya yığmasının Valeri Karpinin rəhbərliyi altında ən böyük hesablı qələbəsidir. 

0 comments
bottom of page