top of page

Rusiya millisi İranla yoxlama oyunu keçirəcək


Rusiya millisinin İranla keçirəcəyi yoxlama oyununun vaxtı açıqlanıb.

90plus.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Komanda Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıb.

0 comments

Recent Posts

See All
bottom of page