top of page

Rusiya sülhməramlıları Qarabağdan rəsmən çıxarıldı! Kreml təsdiq etdi!


Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarıldığını rəsmən təsdiqləyib.


Kremlin mətbuat katibi Dmitri Peskov bunu bildirib.


Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.


Qeyd: Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.


Mənbə: APA

0 comments

Commentaires


bottom of page