top of page

"Rəqibin qapıçısı çox yaxşı çıxış etdi" - Rəşad Sadıqov


"Vacib oyun idi. Bu turda bir daha gördük ki, çempionatda rahat oyun olmur. Matçın sonları gərgin keçdi. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. "Turan Tovuz" Premyer Liqanın möhkəm komandalarından biridir. Ayxan Abbasovun işlədiyi komandalar hər zaman intizamı və xarakteri ilə seçilir. Ağıllı futbol oynayırlar".

90plus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "Turan Tovuz"a qalib gəldikləri matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib.



Mütəxəssis komandasının oyunundan razı qaldığını vurğulayıb: "Özümüzə gəldikdə, oyunboyu hücum etdik, qol epizodlarımız çox idi. Lakin Kamal Bayramovun yaxşı qurtarışları var idi. Bu da, futbolçularımızda gərginlik yaradırdı. Amma nəticə istədiyimiz kimi oldu. Şükürlər olsun ki, çox vacib olan üç xalı qazandıq. Kamal Bayramov yaxşı çıxış etdi. Rəqibin müdafiə xətti də etibarlı idi. Şükürlər olsun ki, sonda fərqləndik və qalib gəldik. Matç heç-heçə bitsəydi də, nümayiş etdirdiyimiz oyundan razı qalacaqdım. Əslində, oyun elə gedirdi ki, heç-heçə bitməliydi. Çünki qol imkanlarından yararlanmadıqca, futbolçularda stress yaranır. Yaxşı ki, həmin anda standart vəziyyətdən qol vurduq və futbolçular daha rahat oynamağa başladılar".Sadıqov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə keçirəcəkləri oyun haqqında da danışıb: "Neftçi" "Sabah"la oynadıqdan sonra bizlə qarşılaşırdı. Həmin oyunda uduzmuşdular və hamı onların çətin durumda olduğunu deyirdi. Amma Zirədə ən yaxşı oyununu keçirmişdi. Ona görə də, belə şeyləri düşünmürük. Qarşımızda ən güclü "Neftçi"ni gözləyirik. Ona uyğun da hazırlaşıb, mübarizə aparacağıq".Çalışdırıcı sonda "Bir neçə gün əvvəl KOBİA SOCARı "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun vurduğu qolla məğlub edib. Yəqin ki, bu dəfə Orxan Məmmədovun komandasının "Neftçi"yə qalib gəlməsini gözləyənlər olar..." sualını bu cür cavablandırıb: "Bu barədə düşünmürük. Şirkətlər arasında turnir keçirilir. Bəzən mən də gedib izləyirəm. Maraqlı oyunlar oynanılır. Orxan müəllimin futbol istedadına çox yaxşı bələdəm. Orada 30-40 maraqlı qollar oldu. Bəzən onunla zarafat edirik ki, bəlkə, 10-15 dəqiqə lazım olanda...Orxan bəy istedadlı insandır, futbolu da yaxşı bilir, uşaqlıqdan da futbol azarkeşidir. Daim də özü oynayır. Həmin məqamda da çox maraqlı qol vurdu. Bu gün Hamidu Heytanın vurduğu qola bənzəyirdi. Topu sağa çəkib ustalıqla zərbə yerinə yetirdi. Onun adına sevinirdim. Amma həmin oyunla bizim oyunu bağlamaq düzgün olmaz".

0 comments
bottom of page