top of page

RƏSMİ! Tomas Tuhel “Bayern Münhen”dən ayrılacaq


Tomas Tuhel mövsümün sonunda “Bayern Münhen”dən ayrılacaq!


90plus.az Bavariya klubunun bəyanatını təqdim edir:


“Məqsədimiz 2024/25 mövsümü ilə yeni məşqçi ilə idman yönümünü dəyişməkdir.

O vaxta qədər klubdakı hər bir şəxsdən Çempionlar Liqasında və Bundesliqada mümkün olan maksimumu əldə etmək tələb olunur”.


Tomas Tuhel də münasibət bildirib: "Biz razılaşdıq ki, bu mövsüm bitdikdən sonra əməkdaşlığımızı bitirək.


O vaxta qədər məşqçi heyətim və mən, əlbəttə ki, "Bavariya" üçün maksimum uğur qazanmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik".


Qeyd: Hazırda Münhen klubu Bundesliqanın 22 turundan sonra lider "Bayer"dən 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşır. Komanda son 3 oyunda uduzub.

0 comments

Recent Posts

See All
bottom of page