top of page

RƏSMİ! Xavi və Laporta mətbuat konfransında… “ Mən barselonistayam”


Xavi Hernandez 2025-ci ilə qədər “Barselona”nın baş məşqçi postunda olacaq.


90plus.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında klubun prezidenti Joan Laporta və baş məşqçi Xavi sövdələşmə barədə danışıblar.


Joan Laporta: "Bu gün Xavinin “Barça”nın əsas komandasının baş məşqçisi kimi davam edəcəyini bildirməkdən məmnunam. Bilirik ki, o, ayrılacağını demişdi, amma biz danışdıq və yaxşı xəbər aldıq. Xavi layihənin sükanı arxasında davam etməkdən sevinc duyduğunu dilə gətirdi.

Əminik ki, bu qərar “Barça” üçün ən yaxşısıdır. Azarkeşlərimizi uzun müddəti idi, belə həyacanlı görmürdüm. Xavi bizimlədir, işində qalacaq".


Xavi: "Fikrimi dəyişdim, çünki həqiqətən, klub rəhbərliyindən, oyunçulardan tam etimad hiss etdim. Mən barselonistayam. Mən həmişə klub üçün ən yaxşısını axtarıram. Bu layihə hələ bitməyib. Hiss edirəm ki, vacib işlər görməliyik və buna gücümüz var" .

0 comments
bottom of page