top of page

Rəşad Sadıqov: "Futbolçularımla fəxr edirəm"

"Məğlubiyyət məyusedici, həm də qürurvericidir. Futbolçularımla fəxr edirəm. "Qarabağ"a qol şansı vermirdilər. Buraxdığımız qol zamanı azlıqda qalmışdıq. Qismət Alıyev zədəli idi. Rəqib də bundan maksimum yararlandı. Penaltilər seriyasında zərbə vuran oyunçumuz qalmamışdı. Bununla belə, hər kəsə təşəkkür edirəm".

90plus.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə "Qarabağ"a Azərbaycan Kubokunun final oyunundan sonra deyib.


40 yaşlı mütəxəssis yeni futbolçular alınacağını bildirib: "Heyətimizi gücləndirmək istəyirik. Necə alınacağını zaman göstərəck".


Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.

0 comments
bottom of page