top of page

“Söyləyəcək çox sözümüz olacaq” Fatih Terim


"Panatinaikos"a baş məşqçi təyin olunan Fatih Terim müqavilə imzalamaq üçün Yunanıstana gedərkən Türkiyə mediasına qısa açıqlama verib.

90plus.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Atatürk Hava Limanında bu sözləri deyib: "Söyləyəcək çox sözümüz olacaq. Amma indi yox".


Ötən gün "Panatinaikos" Terimlə 1,5 illik müqavilə imzalanacağını rəsmən açıqlayıb. Fatih Terim bu vəzifədə İvan Yovanoviçi əvəzləyib. Türkiyəli mütəxəssisin məşqçilər heyətində Necati Ateş, Şükrü Hanedar, Mert Çetin və Eray Sözen yer alacaq. Bu axşam artıq F.Terim "Panatinaikos"un məşqində olacaq.


Qeyd: Fatih Terim 2022-ci ilin yanvar ayından işsiz idi.


"Panatinaikos" Yunanıstan Superliqasında 15 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb.

0 comments

Comments


bottom of page