top of page

“Səhvlər etdik və belə nəticə oldu” - “Neftçi”nin çalışdırıcısı


Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sumqayıt" - "Neftçi" oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

90plus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...


- Prinsipcə, "Sumqayıt" birinci hissənin 10-15 dəqiqəsində yaxşı oynadı. Sonra nəzarəti ələ aldıq və üç qol vurduq. Fasilədən sonra səhvlərimiz oldu və qapımızda iki qol gördük. Bir neçə epizodumuz olsa da, yararlana bilmədik. İlk oyundan sonra nəticə yaxşıdır.

- Bu mövsüm "Neftçi" ilk hissədə üç qol vurmamışdı. Ancaq fasilədən sonra komanda çox zəif təsir bağışladı. Nə baş verdi ki, balans pozuldu?

- Düşündük ki, oyunun taleyi həll olunub və "Sumqayıt" yekunu gözləyəcək. Həm də, cərimə meydançamızda səhvlər etdik və belə nəticə oldu.

- 4 gün sonra çempionatda oyununuz olacaq. Kubok, ya liqa oyunu ağır olacaq?

- Məncə, hər oyun bizimçün önəmlidir. Xal məsələsi var. Açığı, düşünmürdüm ki, "Sumqayıt"la oyun rahat olacaq. Qarşıdakı hər iki matç çətin keçəcək. (futbolpress.az)

0 comments

Commentaires


bottom of page