top of page

Səudiyyə Ərəbistanı Dünya Kuboku-2034-ün ev sahibi ola bilər


Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi ərizə ilə müraciət edib.


90plus.az federasiyanın media hesabına istinadən xəbər verir ki, kampaniyanın şüarı “Birlikdə. Böyüyürük” ifadəsidir. Bu şüar ölkənin futbol sahəsində sürətli transformasiyası ilə turnirə və ümumilikdə beynəlxalq futbola müsbət təsir arasında paralellik yaratmaq niyyətindədir.


Futbol Federasiyası həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanının 2034-cü ildə dünya çempionatına ev sahibliyi etmək təklifi oyunu bütün ölkədə və bütün dünyada birgə inkişaf etdirmək məqsədi daşıyır.


Turnirin ev sahibləri FIFA-nın ayrıca toplantısında təsdiqlənəcək. Bütün qitələrdən FIFA-ya üzv olan 70-dən çox assosiasiya Səudiyyə Ərəbistanını dəstəklədiyini açıq şəkildə bəyan edib.

0 comments

Comentários


bottom of page