top of page

Səudiyyə Ərəbistanı klubu ekvadorlu oyunçunu transfer etmək istəyir

“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonun iş yerini dəyişmək ehtimalı var.


90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından biri onu transfer etmək istəyir. Hələlik futbolçuya rəsmi təklif göndərilməyib.


Öncədən ekvadorlunun “Çelsi”nin əsas transfer hədəflərindən biri olduğu bildirilirdi.

Kaysedo ötən mövsüm Premyer Liqada 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.



0 comments

Kommentare


bottom of page