top of page

Səudiyyə Ərəbistanı klubuna yeni baş məşqçi təyin olundu

"Əl-Əhli" Matias Yayssleni baş məşqçi təyin edib.


90plus.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2026-cı il iyunun sonuna qədər müqavilə imzalanıb.


Yayysslenin son klubu "Zalsburq" olub. Onun rəhbərliyi altında Avstriya klubu iki dəfə ölkə çempionu olub, həm də ölkə kubokunu qazanıb.


Xatırladaq ki, bu yay transfer pəncərəsində “Əl-Əhli” Riyad Mahrez, Roberto Firmino və Eduard Mendi kimi futbolçularla heyətini gücləndirib.


0 comments

Comments


bottom of page