top of page

"Sabah"ın kapitanı "Partizan"la cavab oyununda meydana çıxacaq?

"Sabah"ın kapitanı Elvin Camalov UEFA Konfrans Liqasının 3-cü turunda "Partizan"la cavab oyununu da buraxacaq.


Bu barədə 90plus.az - a 28 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, "Partizan"la Serbiyada keçiriləcək matçdan sonra məşqlərə başlayacağını bildirib. Camalov meydana nə vaxt çıxa biləcəyinin isə həkimlərin rəyindən sonra bəlli olacağını bildirib.



RFS (Latviya) ilə cavab matçında zədələnən Elvin Camalovun qabırğasında qırıq aşkarlanıb.


Qeyd edək ki, "Partizan" - "Sabah" matçı avqustun 17-də Belqradda keçiriləcək. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.



0 comments

Comments


bottom of page