top of page

“Sabah”ın məşqçisi: “Ponomaryov komandaya azadlıq verdi”


"Sabah"ın məşqçisi Ruslan Qafitulin Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ"la oyundan (3:3) sonra ə mətbuat konfransında fikir bildirib.


90plus.az xəbər verir ki, o, sabiq baş məşqçi Murad Musayevin gedişindən sonra "Qarabağ"a uduzmamaları barədə belə deyib: "Daha çox psixoloji cəhətdən futbolçularla danışdıq və onlara sərbəstlik verdik. Fərq ondadır ki, bəlkə də, Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən sonra komandaya çətindir və onlara azadlıq verdi".


"Sabah"ın məşqçisi Yusif İmanovun son dəqiqədə buraxdığı kobud səhv haqda da danışıb: "Öz emosiyaları ilə bacarmadı. Yusif yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə emosiyaları ilə bacarmadı. Futbolda belə də olur. Deməzdim ki, İmanova görə heç-heçə oynadıq. Siz də oyunu izləyirdiniz. Bizim də hardasa bəxtimiz gətirdi. "Qarabağ"ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədir".


Qafitulin adı "Zirə" ilə hallanan Davit Volkovun oynamamasının səbəbini də açıqlayıb: "Deyə bilmərəm. Amma bugünkü məlumat odur ki, hərarəti var". 

0 comments

Comments


bottom of page