top of page

"Sabah"ın Premyer Liqada yubiley qolu

“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb.


90plus.az xəbər verir ki, yubiley qolunun müəllifi Boyan Letiç olub.


Serbiyalı oyunçu Azərbaycan Premyer Liqasının 3-cü turunda fərqlənib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.


2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.


“Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.



0 comments

Comments


bottom of page